Ondan dərs alın! Lukaşenko bu liderə işarə etdi

31.08.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Belarus Prezidenti Aleksandr Lukaşenko Qərb liderlərini Çin Prezidenti Si Cinpindən dərs almağa çağırıb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə Çinin “Sinxua” agentliyinə müsahibəsində bildirib.

“Bugünkü gözlənilməz situasiyada o, təkcə Çin deyil, həm də dünya üçün aydın və konkret inkişaf yolu göstərmək yolunda liderlik vəzifələrini öz üzərinə götürmək cəsarətinə malikdir. Cinpinin bir çox keyfiyyətləri hörmətə layiqdir: xalq qarşısında məsuliyyət hissi, strateji düşüncə və polad iradə…”, – Lukaşenko deyib.

Belarus lideri Çini Qərbdən fərqləndirən cəhətdən də danışıb:

“Pekin digər ölkələrə hörmətlə dinc inkişafın mümkünlüyünü göstərir”.

Safura Bənnayeva
Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью