Ondan dərs alın! Lukaşenko bu liderə işarə etdi
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Belarus Prezidenti Aleksandr Lukaşenko Qərb liderlərini Çin Prezidenti Si Cinpindən dərs almağa çağırıb.
Globalinfo.az xəbər verir ki, o, bu barədə Çinin “Sinxua” agentliyinə müsahibəsində bildirib.
“Bugünkü gözlənilməz situasiyada o, təkcə Çin deyil, həm də dünya üçün aydın və konkret inkişaf yolu göstərmək yolunda liderlik vəzifələrini öz üzərinə götürmək cəsarətinə malikdir. Cinpinin bir çox keyfiyyətləri hörmətə layiqdir: xalq qarşısında məsuliyyət hissi, strateji düşüncə və polad iradə…”, – Lukaşenko deyib.
Belarus lideri Çini Qərbdən fərqləndirən cəhətdən də danışıb:
“Pekin digər ölkələrə hörmətlə dinc inkişafın mümkünlüyünü göstərir”.
Safura Bənnayeva
Globalinfo.az

Tramp buldozerdir, atdır, çalışacağam ki, mən ondan... Lukaşenko
08 Avqust 2025 19:52
Lukaşenko Prezidenti təbrik etdi
20 Dekabr 2024 16:49
Lukaşenko Putinlə zarafat etdi
28 Noyabr 2024 16:05
Lukaşenko Polşaya müraciət etdi
27 Yanvar 2025 12:59
Lukaşenko bunu qadağan etdi
02 Aprel 2025 15:22

