Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır. Səhiyyə xərcləri 2 milyard manata çatdırılıb.
Vəsaitin 70,6 faizi İcbari tibbi sığorta fonduna veriləcək. Bu da əhaliyə tibbi xidmətinin səviyyəsini artıracaq.
Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmraslanov Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı deyib.
O qeyd edib ki, ən mürəkkəb cərrahi əməliyyatlar, müayinələr icbari tibbi slığorta ilə əhatə olunub.
"Ambulator müalicə alan vətəndaşların dərmanı dövlətdən alması vacibdir.
Növbəti ildən dərnman vasitələri də icbari tibbi sığorta tərəfindən qarşılanacaq.
Bütün tibbi müayinələrlə əhastə olunsa da, dəqiq diaqnoz qoyan müalicə icbari tibii sığorta ilə qarşılanmır.
Onun da bu xidmət tərəfindən qarşılanmasını təklif edərdim",-komitə sədri deyib.