Onkoloji xəstələr icbari sığortaya daxil edilməlidir! Komitə sədri
Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmraslanov Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı deyib.
O qeyd edib ki, ən mürəkkəb cərrahi əməliyyatlar, müayinələr icbari tibbi slığorta ilə əhatə olunub.
"Ambulator müalicə alan vətəndaşların dərmanı dövlətdən alması vacibdir. Növbəti ildən dərnman vasitələri də icbari tibbi sığorta tərəfindən qarşılanacaq. Bütün tibbi müayinələrlə əhastə olunsa da, dəqiq diaqnoz qoyan müalicə icbari tibii sığorta ilə qarşılanmır. Onun da bu xidmət tərəfindən qarşılanmasını təklif edərdim",-komitə sədri deyib.
Komitə sədri vurğulayıb ki, onkoloji xəsətələrin icbari sığortaya daxil edilməməsi anlaşılan deyil.
"Samir Şərifova da, səhiyyə nazirinə də bunu demişəm. Onkologiyaya ayrılan vəsait 50 milyon civarında qalıb. Bu gün xəstələrin böyük qrupunun müalicə etmə imkanından məhrumuq. İlk addım olaraq müalicəsi üçün vacib olan dərman preparatları icbari tibbi sığorta öz üzərinə götürsə, yaxşı olar. 5-6 il bu məsələni qaldırsaq da, uğurlu addım atılmayıb".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 19 Noyabr 2024 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















