Onkoloq xərçəngdən qoruyan əsas qidaları açıqladı

31.08.2026

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Onkoloq Yevgeniya Bejanova xərçəngdən qoruyan konkret qidanın olmadığını açıqlayıb.
Demokrat.az xəbər verir ki, həkim bu barədə “life.ru”ya açıqlamasında xərçəng əleyhinə qidalanma ilə bağlı yayılan fikirlərə aydınlıq gətirib.
Onun sözlərinə görə, bəzi bitki mənşəli məhsulların potensial antixərçəng xüsusiyyətləri mövcuddur.
“Giləmeyvə və kələmkimilər fəsiləsinə aid tərəvəzlərin müəyyən faydalı xüsusiyyətləri var. Lakin laboratoriya tədqiqatlarında əldə olunan nəticələr konkret məhsulun insanı xərçəngdən qoruduğunu göstərmir”, – deyə onkoloq bildirib.
Bejanova qeyd edib ki, xərçəng riskinin azalmasında əsas rol ayrı-ayrı məhsullardan daha çox ümumi qidalanma və həyat tərzinə məxsusdur.
“Əsas məsələ bütövlükdə sağlam qidalanmaq, artıq çəkidən uzaq olmaq və müntəzəm fiziki aktivlikdir”, – həkim vurğulayıb.
Onkoloq spirtli içkilərin və emal olunmuş ət məhsullarının qəbulunun azaldılmasını da tövsiyə edib.
“Kolbasa, sosiska, bekon və vetçina kimi emal olunmuş ət məhsulları kolorektal xərçəng riskinin artması ilə əlaqələndirilir”, – Bejanova deyib.
Həkim qırmızı ətin isə tamamilə rasiondan çıxarılmasına ehtiyac olmadığını bildirib. Onun sözlərinə görə, bu məhsuldan sadəcə ölçülü istifadə edilməlidir.
Bundan başqa, onkoloq xüsusilə qızardılmış, yanmış və üzərində qara qabıq yaranmış ətin mümkün qədər az yeyilməsini tövsiyə edib.
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью