Onkoloq xərçəngdən qoruyan əsas qidaları açıqladı
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Onkoloq Yevgeniya Bejanova xərçəngdən qoruyan konkret qidanın olmadığını açıqlayıb.
Demokrat.az xəbər verir ki, həkim bu barədə “life.ru”ya açıqlamasında xərçəng əleyhinə qidalanma ilə bağlı yayılan fikirlərə aydınlıq gətirib.
Onun sözlərinə görə, bəzi bitki mənşəli məhsulların potensial antixərçəng xüsusiyyətləri mövcuddur.
“Giləmeyvə və kələmkimilər fəsiləsinə aid tərəvəzlərin müəyyən faydalı xüsusiyyətləri var. Lakin laboratoriya tədqiqatlarında əldə olunan nəticələr konkret məhsulun insanı xərçəngdən qoruduğunu göstərmir”, – deyə onkoloq bildirib.
Bejanova qeyd edib ki, xərçəng riskinin azalmasında əsas rol ayrı-ayrı məhsullardan daha çox ümumi qidalanma və həyat tərzinə məxsusdur.
“Əsas məsələ bütövlükdə sağlam qidalanmaq, artıq çəkidən uzaq olmaq və müntəzəm fiziki aktivlikdir”, – həkim vurğulayıb.
Onkoloq spirtli içkilərin və emal olunmuş ət məhsullarının qəbulunun azaldılmasını da tövsiyə edib.
“Kolbasa, sosiska, bekon və vetçina kimi emal olunmuş ət məhsulları kolorektal xərçəng riskinin artması ilə əlaqələndirilir”, – Bejanova deyib.
Həkim qırmızı ətin isə tamamilə rasiondan çıxarılmasına ehtiyac olmadığını bildirib. Onun sözlərinə görə, bu məhsuldan sadəcə ölçülü istifadə edilməlidir.
Bundan başqa, onkoloq xüsusilə qızardılmış, yanmış və üzərində qara qabıq yaranmış ətin mümkün qədər az yeyilməsini tövsiyə edib.
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Xərçəng xəstəliyinin əsas düşməni... ONkoloq açıqladı
10 Noyabr 2024 07:47
Xərçəng stressdən yaranmır, əsas səbəbi budur Onkoloq açıqladı
07 Oktyabr 2025 23:49
Süd vəzi xərçəngi CAVANLAŞIR Onkoloq əsas SƏBƏBLƏRİ açıqladı
16 Oktyabr 2025 16:18
Onkoloq kimyaterapiya ilə bağlı üç əsas mifi açıqladı
05 Avqust 2026 10:12
Xərçəng olmaq istəmirsizsə, bu qidaları əsla yeməyin Onkoloq açıqladı
13 Oktyabr 2025 18:07
Baxış sayı:70
Bu xəbər 31 Avqust 2026 18:54 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları