“Onlar bir birini yarı sözdən anlayırlar” Uşakov Putinlə Uitkoffun “dostluğundan” danışdı …
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. “Onlar bir-birini yarı sözdən başa düşürlər”.
“AzPolitika” xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putinlə Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner arasında keçirilən son görüşü Kremlə yaxın jurnalistlərə şərh edərkən deyib.Uşakov həmçinin Vladimir Putinlə Uitkoff arasındakı ünsiyyət tonunu xüsusi qeyd edərək, onların söhbətini "həqiqətən dostcasına" adlandırıb.Trampın kürəkəni Cared Kuşnerə gəlincə, Uşakov deyib ki, Ukraynadakı müharibəyə son qoymaq üçün sülh planına ediləcək hər hansı əlavə düzəlişin əsas müəllifi məhz o olacaq.
Yəni, bir növ Kuşner bundan sonra danışıqlarda ön plana çıxacaq.
O qeyd edib ki, Kuşnerin Kreml görüşündə iştirakı "çox əlverişli" idi, çünki bu, Amerika tərəfinə "sistemlilik elementi" qazandırdı və xüsusi elçi Stiv Uitkoffun "dostluğunu tamamladı”.
Xatırladaq ki, Moskvadakı görüşdən sonra Uitkoff və Kuşner Volodimir Zelenski ilə əvvəlcədən planlaşdırılan danışıqları ləğv ediblər və dərhal Vaşinqtona uçublar.
Elçilərinin Moskvaya səfərini şərh edən Donald Tramp isə Uitkoff və Kuşnerin Putinlə danışıqlarının "çox yaxşı" keçdiyini bildirib.
Lakin reallıq ondan ibarətdir ki, Putin işğalçılıq planlarından əl çəkmək və müharibəni bitirmək fikrində olmadığını növbəti dəfə bəyan etdi.“AzPolitika.info” Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu