Icma.az
close
up
RU
“Onlar bir birini yarı sözdən anlayırlar” Uşakov Putinlə Uitkoffun “dostluğundan” danışdı

“Onlar bir birini yarı sözdən anlayırlar” Uşakov Putinlə Uitkoffun “dostluğundan” danışdı

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Onlar bir-birini yarı sözdən başa düşürlər”. 

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putinlə Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner arasında keçirilən son görüşü Kremlə yaxın jurnalistlərə şərh edərkən deyib.

Uşakov həmçinin Vladimir Putinlə Uitkoff arasındakı ünsiyyət tonunu xüsusi qeyd edərək, onların söhbətini "həqiqətən dostcasına" adlandırıb.

Trampın kürəkəni Cared Kuşnerə gəlincə, Uşakov deyib ki, Ukraynadakı müharibəyə son qoymaq üçün sülh planına ediləcək hər hansı əlavə düzəlişin əsas müəllifi məhz o olacaq. Yəni, bir növ Kuşner bundan sonra danışıqlarda ön plana çıxacaq. O qeyd edib ki, Kuşnerin Kreml görüşündə iştirakı "çox əlverişli" idi, çünki bu, Amerika tərəfinə "sistemlilik elementi" qazandırdı və xüsusi elçi Stiv Uitkoffun "dostluğunu tamamladı”.

Xatırladaq ki, Moskvadakı görüşdən sonra Uitkoff və Kuşner Volodimir Zelenski ilə əvvəlcədən planlaşdırılan danışıqları ləğv ediblər və dərhal Vaşinqtona uçublar.

Elçilərinin Moskvaya səfərini şərh edən Donald Tramp isə Uitkoff və Kuşnerin Putinlə danışıqlarının "çox yaxşı" keçdiyini bildirib. Lakin reallıq ondan ibarətdir ki, Putin işğalçılıq planlarından əl çəkmək və müharibəni bitirmək fikrində olmadığını növbəti dəfə bəyan etdi.

“AzPolitika.info” 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Dekabr 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri