Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq. Fransaya casusluqda ittiham edilərək həbs olunmuş Martin Ryan və dövlətə xəyanətdə təqs
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə t
Bizim gizli görüşlərimiz zamanı Frederik Devos, Loran Lödi və digər Fransa səfirliyinin əməkdaşları olub.
O, cümlədən Azad Məmmədli də həmin görüşlərdə iştirak edib”.
Hakim isə Martin Ryanın diqqətinə çatdırıb ki, məhkəmənin hazırkı mərhələsində onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilir, ona münasibət bildirməyə şərait yaradılacaq.
Daha sonra prosesdə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilib.
Martin Ryanın DTX-də verdiyi ifadədən məlum olub ki, Frederik Devos Azad Məmmədli və digər şəxslərlə görüşüb: “Onların görüşləri zamanı həmin dövrdə Azərbaycan-Ermənistan arasında olan münaqişə, pakistanlı muzdlu döyüşçülərin olması barədə söhbətlər aparıblar.
Frederik Davos Azad Məmmədli ilə görüşləri zamanı Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində təhsil alan şəxslər, tələbə yoldaşları barədə məlumat istəyib.