Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ATƏT də dərin böhran yaşanır

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

Onlar Fransa xüsusi xidmət orqanlarının əməkdaşları olublar Məhkəmə

Onlar Fransa xüsusi xidmət orqanlarının əməkdaşları olublar Məhkəmə

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Fransaya casusluqda ittiham edilərək həbs olunmuş Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Ryan bildirib ki, burada məxfi əməkdaşlıq, məxfi görüşlərdən danışılır:

“Fransa dilində məxfi sözü gizli kimi qəbul edilir. Bizim gizli görüşlərimiz zamanı Frederik Devos, Loran Lödi və digər Fransa səfirliyinin əməkdaşları olub. O, cümlədən Azad Məmmədli də həmin görüşlərdə iştirak edib”.

Hakim isə Martin Ryanın diqqətinə çatdırıb ki, məhkəmənin hazırkı mərhələsində onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilir, ona münasibət bildirməyə şərait yaradılacaq.

Daha sonra prosesdə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilib.

Martin Ryanın DTX-də verdiyi ifadədən məlum olub ki, Frederik Devos Azad Məmmədli və digər şəxslərlə görüşüb:

“Onların görüşləri zamanı həmin dövrdə Azərbaycan-Ermənistan arasında olan münaqişə, pakistanlı muzdlu döyüşçülərin olması barədə söhbətlər aparıblar. Frederik Davos Azad Məmmədli ilə görüşləri zamanı Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində təhsil alan şəxslər, tələbə yoldaşları barədə məlumat istəyib. Azad Məmmədli də təhsil aldığı universitetin tələbələri, tələbə yoldaşları barədə məlumatları Frederik Devosa verib. Onlarla bağlı geniş məlumatları izah edib. Daha sonra Azad Məmmədli Frederik Devosa azərbaycanlı tanışı A.Ş. barədə məlumat verib”.

Daha sonra təqsirləndirilən şəxsin mobil telefonunda aşkar olunan fotoşəkillərlə bağlı izahat verdiyi ifadəsi elan olunub.

Həmin ifadələrdən məlum olur ki, Bakıda restoranlardan birində görüşləri zamanı həmin dövrdə Azərbaycana yeni gəlmiş Loran Lödi və Loran Qrard, onların ailə üzvləri və digər şəxslərlə görüşləri barədə izahat verib.

Onun ifadəsinə görə, həmin görüşdə Azad Məmmədli də iştirak edib.

Daha sonra Martin Ryan ifadəsində göstərib ki, yaradılmış Bakı Frankofoniya Assosiasiyası Fransanın Azərbaycandakı səfirliyinə tabe olub: “Bu quruma Loran Qrardın həyat yoldaşı Aleksandra rəhbərlik edib. Həmin assosiasiyaya azərbaycanlılardan ibarət üzvlər qəbul ediblər. Bu qurumun adı altında əyləncəli tədbirlər təşkil ediblər. Lakin bu tədbirlər əyləncəli xarakterli olmayıb. Orada bəzi şəxslərə yaxınlaşaraq onlarla məxfi danışıqlar aparıblar. Bu danışıqları aparanlar isə Fransa xüsusi xidmət orqanlarının əməkdaşları olublar”.

Həmçinin oxuyun:

Sonradan bildim ki, o təhlükəli adamdır – Martin Ryandan etiraf

Təqsirləndirilən şəxs qeyd edib ki, Loran Lödi onunla “votsap” proqramı vasitəsilə əlaqə saxlayıb, heç vaxt açıq nömrədən zəng etməməsini tapşırıb: “Loran Lödi Azərbaycan-Ermənistan barədə suallar verib. Loran Lödi haşiyədən kənara çıxaraq Əlcəzairdə Fransanın səfirliyinin təhlükəsizlik xidmətinin əməkdaşı olduğu zaman bu ölkənin vəzifəli şəxsləri ilə əlaqələrindən, onların qapalı geyimdə səfirliyə gəlmələrindən, səfirliyə daxil olandan sonra geyimlərini dəyişmələrindən, sonra görüşlər keçirmələrindən danışıb”.

Təqsirləndirilən şəxs bildirib ki, ona bir azərbaycanlı jurnalist müraciət edib və suallar ünvanlayıb: “Həmin müsahibə Ermənistanın müdafiə nazirinin Fransaya səfəri vaxtına təsadüf edib. Mən də həmin səfərlə bağlı video müsahibə verdim. Bu müsahibə yayımlanandan sonra Fransa səfirliyin qarşısında Loran Lödi ilə rastlaşdım. O, həmin müsahibənin təzyiq altında verib-vermədiyimi soruşdu. Mən də ona müsahibəni özüm verdiyimi dedim”.

Daha sonra prosesdə Martin Ryanın Azad Məmmədli, həmçinin Fransa səfirliyi adı altında həmin ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları ilə aralarında olan telefon danışıqları elan edilib.

Həmin danışıqlardan biri Martin Ryan ilə Azad Məmmədli arasında Zəngəzur dəhlizi ilə bağlı söhbətləri olub. Həmin söhbətlərdən məlum olur ki, Zəngəzur dəhlizi açılandan sonra hansı ölkənin ora nəzarət etməsi ilə bağlı söhbət ediblər. Həmin söhbətlərdən məlum olur ki, Azad Məmmədli həmin dəhlizə Rusiya Federasiyasının FSB-sinin yox, Fransanın silahlı qüvvələrinin nəzarət etməsini istədiyini deyib.

Martin Ryan ilə Azad Məmmədli arasında İran-Azərbaycan, həmçinin Azərbaycan-Rusiya münasibətiləri ilə bağlı söhbətləri elan edilib.

Hakim Martin Ryanın ibtidai istintaq zamanı verdiyi ifadəsinin elanının yekunlaşdığını deyib. Hakim bildirib ki, həmin ifadələrlə bağlı müzakirə növbəti iclasda aparılacaq.

Proses sentyabrın 8-də davam edəcək.

Qeyd edək ki, Martin Ryan və digərləri 2023-cü il dekabrın 4-də həbs olunub. “Merkorama” MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.

İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.

Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan vətəndaşı Azad Məmmədlinin “dövlətə xəyanət” ittihamı ilə mühakimə olunacağı bəlli olub.

Məlum olduğu kimi, geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həmin vəzifəsindən azad edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 İyul 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see270

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see259

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see216

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see209

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see205

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see191

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see187

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see187

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see179

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see166

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see149

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see146

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see144

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see143

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see137

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see136

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see135

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri