“Onlar rəqs etmək, sərxoş olmaq, sevişmək və yaratmaq istəyirdilər” “Məhsəti” danışdı | Ic…
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Mən bu yazıda nə tarixi şəxsiyyət Məhsəti Gəncəvinin, nə də filmdə canlandırdığım Mina obrazının əxlaqını müzakirə edəcəyəm.
Sizə bu həngamənin niyə yaranmasının qısa və təvəzökar izahını açıqlayacağam. Xahiş edirəm yazdıqlarımı əyib-bükmədən götürüb paylaşasınız”.
“Yeni Sabah” xəbər verir ki, bunu “Məhsəti” filmində baş rolu ifa edən aktirsa Fərqanə Abdulla sosial media hesabında yazıb.
O bildirib ki, özünün və canlandırdığı obrazın əxlaqı haqqında şübhəsi yoxdur: “İlk növbədə, filmin qısa sinopsisindən və mənim aktrisa kimi obrazım haqqında nələr hiss etdiyimdən söhbət açım.
“Məhsəti” filmi gənc aktrisa Minanın “Məhsəti” tamaşasına hazırlanmasından bəhs edir.
Bu gənc aktrisa belə dərin və çoxşaxəli obrazı canlandırmaq üçün öz sərhədlərini çeynəyir və filmdə biz onun bu səyahətini izləyirik.
Bir aktrisa olaraq ilk dəfə bu təklifi alanda fərqli bir obraz olduğu üçün çox həyəcanlanmışdım, amma narahatlıq da keçirirdim.
Tam oxu
Xəbəri oxu