Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Onlar rəqs etmək, sərxoş olmaq, sevişmək və yaratmaq istəyirdilər” “Məhsəti” danışdı

“Onlar rəqs etmək, sərxoş olmaq, sevişmək və yaratmaq istəyirdilər” “Məhsəti” danışdı

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Mən bu yazıda nə tarixi şəxsiyyət Məhsəti Gəncəvinin, nə də filmdə canlandırdığım Mina obrazının əxlaqını müzakirə edəcəyəm. Sizə bu həngamənin niyə yaranmasının qısa və təvəzökar izahını açıqlayacağam. Xahiş edirəm yazdıqlarımı əyib-bükmədən götürüb paylaşasınız”.

“Yeni Sabah” xəbər verir ki, bunu “Məhsəti” filmində baş rolu ifa edən aktirsa Fərqanə Abdulla sosial media hesabında yazıb.

O bildirib ki, özünün və canlandırdığı obrazın əxlaqı haqqında şübhəsi yoxdur:

“İlk növbədə, filmin qısa sinopsisindən və mənim aktrisa kimi obrazım haqqında nələr hiss etdiyimdən söhbət açım. “Məhsəti” filmi gənc aktrisa Minanın “Məhsəti” tamaşasına hazırlanmasından bəhs edir. Bu gənc aktrisa belə dərin və çoxşaxəli obrazı canlandırmaq üçün öz sərhədlərini çeynəyir və filmdə biz onun bu səyahətini izləyirik.

Bir aktrisa olaraq ilk dəfə bu təklifi alanda fərqli bir obraz olduğu üçün çox həyəcanlanmışdım, amma narahatlıq da keçirirdim. Çünki mən də canlandırdığım Mina obrazı kimi öz sərhədlərimi çeynəməliydim. Gözləmirdim ki, Məhsətini, Minanı və məni sosial media meydanına çıxarıb orta əsrlərdəki kimi daşlayacaqlar. Çünki nə mənim əxlaqıma, nə canlandırığım obrazın əxlaqına şübhəm var. Mənim dəyərlərim kişi hegemoniyasıyla üst-üstə düşmür…”.

Aktrisa qeyd edib ki, Məhsəti Gəncəvi də əylənmək, sərxoş olmaq, sevişmək istəyən qadınlardan biri idi:

“İndi isə gəlin məsələnin əxlaq keşikçiliyinə. Təəssüf ki, dünya elə Məhsəti Gəncəvinin dövründən, hətta daha öncədən bu günə kimi qadın düşmənçiliyindən əziyyət çəkir. Qadınlar öz təbiətlərinə görə vəhşi, qorxulu məxluq, əhilləşdirilməli bir canlı kimi görülür. Onlar erkən yaşdan etibarən cəmiyyət, ailə  tərəfindən müəyyən rollara girməyə məcbur edilirlər. Bu rollara sığmayanları isə meydanlara çıxarıb daşlayır, yandırır, ölüsündən belə qisas alırlar. Patriarxiyanın qadınlara biçdiyi cəmi 2 rol var:

1. Bakirə qalıb, bir kişiylə evlənib uşaq doğan qadın (müqəddəs ailə ocağının qoruyucusu),

2. Bu xətti davam etdirə bilməyib, bədənini satan qadın (kişilərin arzu və şəhvətlərinin qurbanı).

Bir də bu rollara sığa bilməyən, özünü axtarmaq, tapmaq və yenidən yaratmaq istəyən qadınlar var. Onlar sadəcə bu əsrdə deyil, hər dövrdə var idilər və var olacaqlar da. Məhsəti Gəncəvi də onlardan biriydi. Onlar sadəcə rəqs etmək, əylənmək, sərxoş olmaq, sevişmək və yaratmaq istəyirdilər. Hər hansısa orta statistik kişinin etdiyi kimi… Amma bunu qadınlar etdiyi üçün “əxlaqsız” damğası vurmaq necə bir ikiüzlülükdür?”.

Qeyd edək ki, Rejissoru Suad Qara (Suada Qarayeva) olan “Məhsəti” filmi Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkil etdiyi “Baku Cinema Breeze 25” film festivalı çərçivəsində keçiriləcək Bakı Beynəlxalq Film Festivalının proqramından çıxarılıb. Mədəniyyət Nazirliyi və Kino Agentliyi isə məlumat yayaraq bildirib ki, ekran əsərinin baş rolu olan şairə Məhsəti Gəncəvi filmdə əxlaqsız obraz kimi təsvir olunub. Bu ilin mayında aktrisa Fərqanə Abdullanın rol aldığı “Məhsəti” filminin premyerası Kaliforniyada keçirilən “Mammoth Lakes” Beynəlxalq Film Festivalında baş tutub. Filmin rejissoru Suad Qara keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin qızıdır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 Dekabr 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see216

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see178

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see148

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see140

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see137

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri