Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Müsahibimiz 20 Yanvar qurbanları barədə ilk toplunun müəllifi Qulu Kəngərlidir Xalqımız 20 Yanvar hadisələri zamanı imperiya buxovlarından azad olmaq, həsrətində olduğu milli istiqlalına, həqiqi azadlığına qovuşmaq üçün əsl şücaət və qəhrəmanlıq nümayiş etdirib.
Bu barədə çox sayda bədii və sənədli əsərlər, parlaq publisistika nümunələri yazılıb, araşdırmalar, təhlillər aparılıb.
Heç bir şübhə yoxdur ki, bundan sonra da bu mövzuda xalqımızın qan yaddaşını təzələyəcək, mədəniyyətimizin və mənəviyyatımızın qürur və şərəf səhifələrinə çevriləcək yeni əsərlər yazılacaq, teatr və televiziya tamaşaları oynanılacaq, filmlər çəkiləcək.
Bu gün ədalət naminə demək lazımdır ki, 20 Yanvar hadisələrinə həsr olunan əsərlərin içərisində tanınmış jurnalist Qulu Kəngərlinin hadisələrin isti izi və ürəkağrısı ilə qələmə aldığı kitabları öz sanbalı, məzmunu və mötəbərliyinə görə xüsusilə seçilir.
Hazırda Daşkənddə “Xalq qəzeti”nin Türküstan üzrə xüsusi müxbiri vəzifəsində çalışan hörmətli həmkarımız ilə söhbətimizdə 36 il bundan əvvəlki hadisələri bir daha yada salmışıq.
Həmin müsahibəni oxucularımızın diqqətinə çatdırırıq. Beləliklə, müsahibimiz 20 Yanvar faciəsi ilə bağlı 2 “Şəhidlər” bukletinin, Azərbaycan
Azərbaycan faciəsi”, “Qanlı şənbəyə gedən yol” kitablarının, “Bakıda insan ovu” sənədli filminin müəllifi, yazıçı-publisist Qulu Kəngərlidir