“Onlar Ukraynaya pulu borc verir, biz yox” Tramp

20.02.2025

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

“Avropa Ukraynaya zəmanət altında, borc pul verir. Onu geri alacaqlar. ABŞ isə verdiyi pulları geri almayacaq”.

“Qafqazinfo” “Fox News”a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Mayamidə investisiya forumunda çıxışı zamanı bildirib.

O əlavə edib ki, Ukrayna hakimiyyəti nadir torpaq elementlərinin işlənməsinə dair razılaşmanı pozub: “Bizim nadir torpaqlara və bütün bunlara əsaslanan müqaviləmiz var idi və onlar bu sövdələşməni pozdular”.

Qeyd edək ki, Tramp jurnalistlərə açıqlamasında nadir torpaq metallarının tədarükü müqabilində Ukraynaya yardımı davam etdirəcəyini bildirmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью