“Onlar Ukraynaya pulu borc verir, biz yox” Tramp
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
“Avropa Ukraynaya zəmanət altında, borc pul verir. Onu geri alacaqlar. ABŞ isə verdiyi pulları geri almayacaq”.
“Qafqazinfo” “Fox News”a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Mayamidə investisiya forumunda çıxışı zamanı bildirib.
O əlavə edib ki, Ukrayna hakimiyyəti nadir torpaq elementlərinin işlənməsinə dair razılaşmanı pozub: “Bizim nadir torpaqlara və bütün bunlara əsaslanan müqaviləmiz var idi və onlar bu sövdələşməni pozdular”.
Qeyd edək ki, Tramp jurnalistlərə açıqlamasında nadir torpaq metallarının tədarükü müqabilində Ukraynaya yardımı davam etdirəcəyini bildirmişdi.

Onlar Ukraynaya getdilər
24 Fevral 2025 10:53
Onlar da Ukraynaya qaytarıldı FOTOLAR
05 Fevral 2025 18:31
Ukraynaya silah tədarükünü onlar koordinasiya edəcək
14 İyul 2025 21:33
ABŞ Ukraynaya qoşun göndərir? Onlar razılaşdılar
28 Avqust 2025 14:02
“Onlar hiyləgərdirlər” Tramp
04 Avqust 2025 08:44

