Onları birlikdə oynatmaq çətindir Mourinyu

03.09.2026

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Real Madrid”in baş məşqçisi Joze Mourinyu Kilian Mbappe, Vinisius Junior və Cud Bellinqemdən ibarət ulduz üçlüyünün komandada birlikdə çıxış edə biləcəyinə inanır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Managing Madrid" yayıb.

İspaniya klubunun portuqaliyalı çalışdırıcısı etiraf edib ki, üç futbolçunu eyni start heyətində optimal şəkildə yerləşdirmək taktiki baxımdan çətin məsələdir.Buna baxmayaraq, Mourinyu onların bir-birinə uyğun gəlmədiyini düşünmür:

“Onlar inanılmaz futbolçulardır. Taktiki baxımdan üçü üçün ideal sistemi tapmaq daha çətin ola bilər. Amma mən bu oyunçuların birlikdə yaxşı çıxış edəcəyinə çox inanıram. Onlar yüksək səviyyəli futbolçulardır və bir-birinə uyğun gəlmədiklərini düşünmürəm. Bu ulduzlarla uğurlu mövsüm keçirəcəyimizə əminəm”, – deyə Mourinyu bildirib.

Mütəxəssis qeyd edib ki, əsas məqsədi Mbappe, Vinisius və Bellingemin meydanda özlərini rahat hiss etdikləri sistemi formalaşdırmaqdır.

Son oyunlarda bu üçlüyün hücumdakı qarşılıqlı anlaşması diqqət çəkir. “Real Madrid” mövsümə uğurlu başlayıb və Mourinyunun rəhbərliyi altında komandanın hücum xəttində üç ulduz futbolçunun daha sərbəst və çevik oynaması müşahidə olunur.

Əlisahib İbrahimli

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью