Onları birlikdə oynatmaq çətindir Mourinyu
Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Real Madrid”in baş məşqçisi Joze Mourinyu Kilian Mbappe, Vinisius Junior və Cud Bellinqemdən ibarət ulduz üçlüyünün komandada birlikdə çıxış edə biləcəyinə inanır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Managing Madrid" yayıb.
İspaniya klubunun portuqaliyalı çalışdırıcısı etiraf edib ki, üç futbolçunu eyni start heyətində optimal şəkildə yerləşdirmək taktiki baxımdan çətin məsələdir.Buna baxmayaraq, Mourinyu onların bir-birinə uyğun gəlmədiyini düşünmür:
“Onlar inanılmaz futbolçulardır. Taktiki baxımdan üçü üçün ideal sistemi tapmaq daha çətin ola bilər. Amma mən bu oyunçuların birlikdə yaxşı çıxış edəcəyinə çox inanıram. Onlar yüksək səviyyəli futbolçulardır və bir-birinə uyğun gəlmədiklərini düşünmürəm. Bu ulduzlarla uğurlu mövsüm keçirəcəyimizə əminəm”, – deyə Mourinyu bildirib.
Mütəxəssis qeyd edib ki, əsas məqsədi Mbappe, Vinisius və Bellingemin meydanda özlərini rahat hiss etdikləri sistemi formalaşdırmaqdır.
Son oyunlarda bu üçlüyün hücumdakı qarşılıqlı anlaşması diqqət çəkir. “Real Madrid” mövsümə uğurlu başlayıb və Mourinyunun rəhbərliyi altında komandanın hücum xəttində üç ulduz futbolçunun daha sərbəst və çevik oynaması müşahidə olunur.
Əlisahib İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 03 Sentyabr 2026 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















