Onlayn ticarət istehsalçılar üçün bir sıra üstünlüklər yaradır AYDINLIQ GƏTİRİLDİ | Icma.a…
Icma.az, Sia Az portalına istinadən məlumat yayır. "Yerli və ya xarici olmasından asılı olmayaraq, onlayn ticarət platformalarının bir çox ü
Birinci növbədə, bu proses satışın təşkili ilə bağlı xərcləri minimuma endirdiyi üçün məhsulların daha əlverişli qiymətlərlə təqdim olunması
Digər tərəfdən, onlayn platformalarda geniş məhsul çeşidinə rast gəlmək mümkündür.
Həm qiymət, həm də keyfiyyət baxımından müxtəlif seçimlərin olması istehlakçıların fərqli alıcılıq zövqlərini təmin etməkdə ciddi üstünlük yaradır".
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.
Onun sözlərinə görə, üçüncü əhəmiyyətli cəhət isə coğrafi məhdudiyyətlərin aradan qalxması və əlçatanlığın artmasıdır: "Dünyanın harasında olmağınızdan asılı olmayaraq, istənilən ölkədə istehsal olunmuş məhsulu əldə etmək mümkündür.
Bundan əlavə, mövcud rəqabət şəraitində tez-tez qiymət endirimləri və kampaniyalar təşkil olunur ki, bu da vətəndaşlara daha optimal büdcə idarəçiliyi imkanı verir.
Xüsusilə Azərbaycan kontekstindən baxdıqda, son illərdə quru sərhədlərin bağlı olması səbəbindən bir çox vətəndaş region bazarlarının təqdim etdiyi əlverişli imkanlardan istifadə edə bilmir.
Tam oxu
Xəbəri oxu