Onnik Krikoryan: Konstitusiyaya dəyişiklik Ermənistanda ziddiyyətli məsələdir

10.12.2024

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


"Ermənistanda konstitusiyaya heç kim əhəmiyyət vermir, çünki insanlar onun işləmədiyini düşünürlər".

Bunu erməni ekspert Onnik C. Krikoryan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi "Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə" adlı konfrans çərçivəsində keçirilən "Ermənistan konstitusiyası və qanunlarında sülh müqaviləsinə əngəllər" mövzulu paneldə onlayn çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistanın baş naziri də dəyişiklik, yenilik istəyir, ancaq Konstitusiyaya dəyişiklik ölkələrində ziddiyyətli məsələdir:
“Nikol Paşinyan insanlara yaxşı təsir edə bilir və onları hazırlayır. Baş nazir Ermənistanda konstitusiyaya dəyişiklik məsələsini bir neçə dəfə müzakirə edib. Onun özü də bildirib ki, bu məsələ sülhə maneə törədir".
O. Krikoryan vurğulayıb ki, Nikol Paşinyanın bu prosesdə səmimi olduğunu düşünür(Report)

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью