Onnik Krikoryan: Konstitusiyaya dəyişiklik Ermənistanda ziddiyyətli məsələdir
Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Ermənistanda konstitusiyaya heç kim əhəmiyyət vermir, çünki insanlar onun işləmədiyini düşünürlər".
Bunu erməni ekspert Onnik C. Krikoryan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi "Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə" adlı konfrans çərçivəsində keçirilən "Ermənistan konstitusiyası və qanunlarında sülh müqaviləsinə əngəllər" mövzulu paneldə onlayn çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistanın baş naziri də dəyişiklik, yenilik istəyir, ancaq Konstitusiyaya dəyişiklik ölkələrində ziddiyyətli məsələdir:
“Nikol Paşinyan insanlara yaxşı təsir edə bilir və onları hazırlayır. Baş nazir Ermənistanda konstitusiyaya dəyişiklik məsələsini bir neçə dəfə müzakirə edib. Onun özü də bildirib ki, bu məsələ sülhə maneə törədir".
O. Krikoryan vurğulayıb ki, Nikol Paşinyanın bu prosesdə səmimi olduğunu düşünür(Report)
Bu mövzuda digər xəbərlər:Konstitusiyaya dəyişiklik Ermənistanda ziddiyyətli məsələdir Onnik Krikoryan
10 Dekabr 2024 11:54
Onnik Krikoryan: Konstitusiyaya dəyişiklik Ermənistanda ziddiyyətli məsələdir
10 Dekabr 2024 11:27
Ekspert Onnik Krikoryan: Ermənistan vətəndaşlarının 88 faizi dəyişikliyə qarşı çıxa bilər
10 Dekabr 2024 11:33
Paşinyan konstitusiyaya dəyişiklik etməyi planlaşdırır
26 May 2025 16:35
“Konstitusiyaya dəyişiklik vacibdir” Elşad Nəsirov
19 Sentyabr 2025 11:28
Baxış sayı:99
Bu xəbər 10 Dekabr 2024 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















