Onu Avstriyaya buraxmadılar

14.09.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İranın nüvə məsələləri üzrə vitse-prezidenti və Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslaminin Vyanada keçirilən Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş konfransında çıxış etmək üçün Avstriyaya girişinə icazə verilməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilib ki, BMT Eslaminin Avstriya ərazisinə daxil olmasına və tədbirdə iştirakına şərait yaratmaq məqsədilə ona qarşı tətbiq edilən sanksiyaların müvəqqəti dayandırılmasını tələb edib. Lakin ABŞ rəsmiləri hər hansı bir məhdudiyyətin ləğv olunmamasına təkid ediblər. Agentlik qeyd edir ki, Eslaminin buraxılmamasına baxmayaraq, bu həftənin sonlarında konfransda İranın daha aşağı səviyyəli nümayəndəsi çıxış edə bilər.

"Bloomberg"in məlumatına əsasən, ABŞ-nin energetika naziri Kris Rayt forumda Tehrana xəbərdarlıq etmək niyyətindədir. O cümlədən, nazir İranı BAEA ilə tam əməkdaşlıq etməyə, təminat öhdəliklərini yerinə yetirməyə və agentliyə lazımi giriş imkanı verməyə çağıracaq. Raytın bu çıxışının BAEA-nin İranın nüvə proqramı ilə əlaqələndirilən Pikaks dağındakı tikinti işləri barədə xəbərdarlığından sonra baş tutması planlaşdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью