Onu Avstriyaya buraxmadılar
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İranın nüvə məsələləri üzrə vitse-prezidenti və Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslaminin Vyanada keçirilən Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş konfransında çıxış etmək üçün Avstriyaya girişinə icazə verilməyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilib ki, BMT Eslaminin Avstriya ərazisinə daxil olmasına və tədbirdə iştirakına şərait yaratmaq məqsədilə ona qarşı tətbiq edilən sanksiyaların müvəqqəti dayandırılmasını tələb edib. Lakin ABŞ rəsmiləri hər hansı bir məhdudiyyətin ləğv olunmamasına təkid ediblər. Agentlik qeyd edir ki, Eslaminin buraxılmamasına baxmayaraq, bu həftənin sonlarında konfransda İranın daha aşağı səviyyəli nümayəndəsi çıxış edə bilər.
"Bloomberg"in məlumatına əsasən, ABŞ-nin energetika naziri Kris Rayt forumda Tehrana xəbərdarlıq etmək niyyətindədir. O cümlədən, nazir İranı BAEA ilə tam əməkdaşlıq etməyə, təminat öhdəliklərini yerinə yetirməyə və agentliyə lazımi giriş imkanı verməyə çağıracaq. Raytın bu çıxışının BAEA-nin İranın nüvə proqramı ilə əlaqələndirilən Pikaks dağındakı tikinti işləri barədə xəbərdarlığından sonra baş tutması planlaşdırılıb.
Baxış sayı:90
Bu xəbər 14 Sentyabr 2026 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















