Icma.az bildirir, Qol.az portalına istinadən. “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev “Səbail”ə qarşı keçirilən Misli Premyer Liqasıın
QOL.az müsahibəni təqdim edir. - “Səbail”lə sönük keçən oyunun sonlarında ardıcıl qollarla qalib gəldiniz.
Böyükhesablı qələbəni necə şərh edərdiniz? - Xüsusən birinci hissə bizim üçün çox çətin alındı.
“Səbail” çempionatda ən yaxşı oyun sərgiləyən komandalardan biridir.
Topu özlərində yaxşı saxlayırlar, paslaşırlar, düşünülmüş hücumlar qururlar. “Səbail”in oyununu çox bəyənirəm.
5:0 hesabı matçın real mənzərəsini əks etdirmir. - 75-ci dəqiqəyə qədər hesab açılmasa da, sonradan ardıcıl qollar gəldi.
Hesabın bu həddə çatmasını nə ilə əlaqələndirmək olar? - Rəqib uduzmaq istəmirdi.
Buna görə də qol buraxdıqdan sonra irəli atıldılar, hesabı bərabələşdirməyə çalışdılar. Risk etdilər.