Icma.az
close
up
RU
“Onun oyununu bəyəndim, çox soyuqqanlıdır” Şahruddin

“Onun oyununu bəyəndim, çox soyuqqanlıdır” Şahruddin

Icma.az bildirir, Qol.az portalına istinadən.

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev “Səbail”ə qarşı keçirilən Misli Premyer Liqasıın 22-ci turunun oyunundan (5:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

QOL.az müsahibəni təqdim edir.

-  “Səbail”lə sönük keçən oyunun sonlarında ardıcıl qollarla qalib gəldiniz. Böyükhesablı qələbəni necə şərh edərdiniz?

- Xüsusən birinci hissə bizim üçün çox çətin alındı. “Səbail” çempionatda ən yaxşı oyun sərgiləyən komandalardan biridir. Topu özlərində yaxşı saxlayırlar, paslaşırlar, düşünülmüş hücumlar qururlar. “Səbail”in oyununu çox bəyənirəm. 5:0 hesabı matçın real mənzərəsini əks etdirmir.

- 75-ci dəqiqəyə qədər hesab açılmasa da, sonradan ardıcıl qollar gəldi. Hesabın bu həddə çatmasını nə ilə əlaqələndirmək olar?

- Rəqib uduzmaq istəmirdi. Buna görə də qol buraxdıqdan sonra irəli atıldılar, hesabı bərabələşdirməyə çalışdılar. Risk etdilər. Bunun da nəticəsində müdafiədə boşluqlar yarandı. Biz də bundan faydalandıq.

- “Səbail”in qapıçısı Əlirza Müştəbazadə sanki sizi xatırladır. Ayaqla çox rahat oynayır, tez-tez irəli çıxır. Onun çıxışını necə qiymətləndirirsiniz?

- Onun oyununu çox bəyəndim. Ayaqla inamlı oynayır, çox soyuqqanlıdır. Əla təsir bağışlayır. “Səbail”də ümumiyyətlə, qapıçılar çox yaxşıdırlar. Daha əvvəl digər qapıçı Hüseynəli Quliyevin də oyununu izləmişəm. O da çox inamlı görünür. Ayaqla rahat oynayır, qapı xətti üzərində yaxşıdır. Bu, müasir futbolun elementləridir. Çox sevinirəm ki, bizim gənc qapıçılarımız bu tərz oyuna üstünlük verirlər.

Əlirza Müştəbazadə

- Son 2 matçda “Səbail”ə qalib gəlsəniz də, “Qarabağ”ın ideal formasından uzaq olduğu görünür...

- Əslində tam gücümüzlə çalışırıq. Biz də istəyirik k, nəticələrimiz yaxşı olsun. Məşqlərdə də bunun üçün əlimizdən gələni edirik. İnanıram ki, tezliklə oyunumuz daha da yaxşılaşacaq.

- Avroliqadakı çıxışdan sonra yaranan psixoloji gərginlik buna səbəb ola bilər?

- Əlbəttə, uduzmaq çox məyusedicidir. Xüsusən də ölkədə hamı sənə ümid edirsə, inanırsa. Avropada biz Azərbaycanı təmsil edirik. Ümidləri doğrultmayanda isə psixoloji cəhətdən çətin olur. İstənilən halda məyus olursan.

- Növbəti matç “Neftçi” ilədir. Həmin qarşılaşmadan gözləntiləriniz nədir?

- Derbidir. “Neftçi” ilə oyunlarımız həmişə prinsipial keçir. Turnir cədvəlində kimin neçənci olması önəmli deyil, bu, derbidir. Azarkeşlər üçün gərgin oyun olacaq. Stadionun dolacağına inanıram. Qarşıda bizi çox maraqlı və gərgin matç gözləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://qol.az
archiveBu xəbər 12 Fevral 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri