OPEC: Bu il qlobal neft tələbatı sutkada 106,3 milyon barel olacaq

13.05.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 13 may, AZƏRTAC

OPEC cari il və gələn il üzrə qlobal neft tələbatına dair artım proqnozlarını dəyişdirməyib.

AZƏRTAC OPEC-in aylıq hesabatına istinadla xəbər verir ki, bu il qlobal neft tələbatının ötən illə müqayisədə 1 milyon 200 min barel artaraq gündəlik 106 milyon 330 min barelə çatacağı gözlənilir. Qeyri-OECD ölkələrində tələbatın 1 milyon 60 min barel artaraq sutkalıq 60 milyon 270 min barel, OECD ölkələrində isə 130 min barel artaraq gündəlik 46 milyon 60 barel olacaq.

2027-ci ildə qlobal neft tələbatının bu illə müqayisədə 1 milyon 540 min barel artaraq sutkada 107 milyon 870 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью