OPEC: Bu il qlobal neft tələbatı sutkada 106,3 milyon barel olacaq
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 13 may, AZƏRTAC
OPEC cari il və gələn il üzrə qlobal neft tələbatına dair artım proqnozlarını dəyişdirməyib.
AZƏRTAC OPEC-in aylıq hesabatına istinadla xəbər verir ki, bu il qlobal neft tələbatının ötən illə müqayisədə 1 milyon 200 min barel artaraq gündəlik 106 milyon 330 min barelə çatacağı gözlənilir. Qeyri-OECD ölkələrində tələbatın 1 milyon 60 min barel artaraq sutkalıq 60 milyon 270 min barel, OECD ölkələrində isə 130 min barel artaraq gündəlik 46 milyon 60 barel olacaq.
2027-ci ildə qlobal neft tələbatının bu illə müqayisədə 1 milyon 540 min barel artaraq sutkada 107 milyon 870 min barel təşkil edəcəyi proqnozlaşdırılır.
Bu mövzuda digər xəbərlər:OPEC: Bu il qlobal neft tələbatı sutkada 106,5 milyon barel olacaq
13 Aprel 2026 19:31
OPEC: Bu il qlobal neft tələbatı gündəlik 105,9 milyon barel olacaq
13 İyul 2026 17:17
“OPEC+” neft hasilatını sutkada 547 min barel artıracaq
03 Avqust 2025 16:56
OPEC qlobal neft tələbatı üzrə proqnozunu azaldıb
13 Noyabr 2024 10:13
Baxış sayı:87
Bu xəbər 13 May 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















