“Opel” idarəetmədən çıxaraq aşdı 3 nəfər xəsarət aldı

21.08.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Göyçayda ağır yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün axşam saatlarında Göyçay-Ucar avtomobil yolunda rayonun Xəlitli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkət etməkdə olan “Opel” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobildə olan 1991-ci il təvəllüdlü Abidov İslam İsrayıl oğlu, 1990-cı il təvəllüdlü İsmayılov Rəşid Mehman və 1991-ci il təvəllüdlü Həmidli Kənan Rafiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəza zamanı avtomobilin yol kənarındakı qaz xəttini zədələməsi səbəbindən kəndin qaz təchizatında fasilə yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью