“Opel” idarəetmədən çıxaraq aşdı 3 nəfər xəsarət aldı
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Göyçayda ağır yol nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün axşam saatlarında Göyçay-Ucar avtomobil yolunda rayonun Xəlitli kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkət etməkdə olan “Opel” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində avtomobildə olan 1991-ci il təvəllüdlü Abidov İslam İsrayıl oğlu, 1990-cı il təvəllüdlü İsmayılov Rəşid Mehman və 1991-ci il təvəllüdlü Həmidli Kənan Rafiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qəza zamanı avtomobilin yol kənarındakı qaz xəttini zədələməsi səbəbindən kəndin qaz təchizatında fasilə yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 21 Avqust 2026 21:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















