OpenAI ilə “Apple” şirkəti arasında qalmaqal: Məhkəməlik oldular

29.11.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Süni intellekt sahəsində fəaliyyət göstərən "OpenAI" şirkəti “Apple”a qarşı məhkəmə iddiası qaldırıb.

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, "OpenAI" “Apple”ı kommersiya sirlərini ələ keçirməkdə, təchizatçılara təzyiq göstərməkdə və şirkətin təcrübəli mühəndislərə çıxışını məhdudlaşdırmağa çalışmaqda ittiham edir.

"OpenAI"nin iddiasına görə, “Apple” ortaq təchizatçıları onunla əməkdaşlıqdan çəkindirməyə çalışıb. Həmçinin şirkət keçmiş əməkdaşlardan birinin "OpenAI"dakı gizli sənədləri şəxsi elektron poçtuna və telefonuna köçürdüyünü iddia edib.

Qeyd edək ki, bundan əvvəl “Apple” da "OpenAI", onun törəmə şirkəti və iki keçmiş əməkdaşına qarşı kommersiya sirlərinin mənimsənilməsi iddiası ilə məhkəməyə müraciət etmişdi.

Beləliklə, texnologiya nəhəngləri arasında süni intellekt və yeni cihazların hazırlanması uğrunda rəqabət hüquqi müstəviyə keçib.

Vilayət Muxtar

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью