OpenAI ilə “Apple” şirkəti arasında qalmaqal: Məhkəməlik oldular
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Süni intellekt sahəsində fəaliyyət göstərən "OpenAI" şirkəti “Apple”a qarşı məhkəmə iddiası qaldırıb.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, "OpenAI" “Apple”ı kommersiya sirlərini ələ keçirməkdə, təchizatçılara təzyiq göstərməkdə və şirkətin təcrübəli mühəndislərə çıxışını məhdudlaşdırmağa çalışmaqda ittiham edir.
"OpenAI"nin iddiasına görə, “Apple” ortaq təchizatçıları onunla əməkdaşlıqdan çəkindirməyə çalışıb. Həmçinin şirkət keçmiş əməkdaşlardan birinin "OpenAI"dakı gizli sənədləri şəxsi elektron poçtuna və telefonuna köçürdüyünü iddia edib.
Qeyd edək ki, bundan əvvəl “Apple” da "OpenAI", onun törəmə şirkəti və iki keçmiş əməkdaşına qarşı kommersiya sirlərinin mənimsənilməsi iddiası ilə məhkəməyə müraciət etmişdi.
Beləliklə, texnologiya nəhəngləri arasında süni intellekt və yeni cihazların hazırlanması uğrunda rəqabət hüquqi müstəviyə keçib.
Vilayət Muxtar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 29 Noyabr 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















