Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün məşhur yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatçısı qalibi Orxan Pamukun doğum günüdür.
Orxan Pamuk 7 iyun 1952-ci ildə İstanbulda doğulub, 12 oktyabr 2006-cı ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb və bu mükafatı alan ilk türk yazıçısı olub.Kulis.az müəllifin "Öpüşmək" essesini Qismətin tərcüməsində təqdim edir.
Rialto körpüsünün yaxınlığında, balıq bazarı tərəfdə bir cütlük öpüşürdü.
Kişi də, qadın da yaxşı geyimli, hündür boylu, yaraşıqlı və gözəl idilər.
Ətraflarında Venesiyanı Venesiya edən memarlıq detalları, qotik pəncərələr və batan günəşin, axşamın xoş, yumuşaq işığı və narıncı, bənövşəyi rəngləri vardı.
Böyük Kanalın (Grand Canal) düz yanındakı boş bir ərazidə idilər.
Bir-birlərinə fokuslanmış, qollarını bir-birinin bədəninə dolamış, bütün dünyanı unutmuşdular.