Icma.az
close
up
RU
Öpüşmək Orhan Pamuk

Öpüşmək Orhan Pamuk

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün məşhur yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatçısı qalibi Orxan Pamukun doğum günüdür.
Orxan Pamuk 7 iyun 1952-ci ildə İstanbulda doğulub, 12 oktyabr 2006-cı ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb və bu mükafatı alan ilk türk yazıçısı olub.
Kulis.az müəllifin "Öpüşmək" essesini Qismətin tərcüməsində təqdim edir.
Rialto körpüsünün yaxınlığında, balıq bazarı tərəfdə bir cütlük öpüşürdü. Kişi də, qadın da yaxşı geyimli, hündür boylu, yaraşıqlı və gözəl idilər. Ətraflarında Venesiyanı Venesiya edən memarlıq detalları, qotik pəncərələr və batan günəşin, axşamın xoş, yumuşaq işığı və narıncı, bənövşəyi rəngləri vardı. Böyük Kanalın (Grand Canal) düz yanındakı boş bir ərazidə idilər. Bir-birlərinə fokuslanmış, qollarını bir-birinin bədəninə dolamış, bütün dünyanı unutmuşdular. Yenə də bir anlıq özümdən soruşdum: “Görən kameralar hardadı?” Sonra öpüşən bir cütlüyə baxmağın düzgün olmadığını düşünərək başımı başqa tərəfə çevirdim. Başqalarının xoşbəxtliyi hamı kimi məni də bəzən azca kədərləndirir, amma bu dəfə ruhumdan belə bir kölgə keçmədi. Bəlkə də, Venesiyaya bu səfər xoşbəxt olmağa gəldiyim üçündür.
Səmimiyyətlə öpüşənlərə rahatlıqla, yumorla baxa bilməyimin bir səbəbi də son romanım “Məsumiyyət muzeyi”ndə bu mövzuda xeyli qələm oynatmağımdır. Qərb mədəniyyətindən kənarda, xüsusilə müsəlman ölkələrində yaşayan mənim kimi milyonlarla adam dodaqdan öpüşən iki sevgilini (şübhəsiz ki, dodaqdan öpüşmək üçün illah sevgili olmağa ehtiyac yoxdur) gündəlik həyatın içində qətiyyən görə bilməz. Qərbdənkənar dünyada dodaqdan öpüşmək (Brejnevlə Qromıkodan başqa) ya evdə, yataq otaqlarında baş tutur, ya da filmlərdə. Milyonlarla, milyardlarla dünya vətəndaşı kimi mən də dodaqdan öpüşməyi həyatımda ilk dəfə kinoteatrda görmüşəm – uşaqlığımda Türkiyədə hələ televizor yox idi. Xatırlayıram ki, “öpüşərkən burunları bir-birinə dəyirmi?” deyə düşünərdim.
Kino tarixinin ən gözəl, ən unudulmaz öpüşmə səhnəsini Hitçkok çəkib, amma çoxlarının zənn etdiyinin əksinə, “Notorious” filmində yox, “Şimal-qərbdən şimala” filmindəki qatar səhnəsində. Burada – Çikaqo qatarının dar kupesində Geri Qrant ilə Eva Meri Seyn öpüşərkən öz ətraflarında fırlanaraq az qala bir dairə cızırlar. Bəlkə də, öpüşməyin necə başgicəlləndirici bir şey olduğunu kinosevərlərə hiss etdirmək üçün. Amma bu filmləri, öpüşmə səhnələrini, kamera qarşısında fırlanan cütlükləri cavanlığımda İstanbul kinoteatrlarında seyr edərkən – bəlkə də doya-doya öpüşə bildiyim bir sevgilim olmadığı üçün idi – süni hesab edərdim.
Cavanlığımda küçədə öpüşən iki nəfəri həyatımda ilk dəfə İstanbul zənginlərinin yazlığa getdiyi bir məhəllədə gördüm. Kamera qarşısında iki ulduz rejissorun “motor” deməyi ilə əvvəlcə əllərindəki nanəli-mentollu spreydən ağızlarına iki dəfə fıs-fıs edir, sonra öpüşürdülər. Türk qəzetinlərinin “Artıq sarımsaq yedikdən sonra utanmayacaqsınız!” şüarı ilə reklam etdiyi (və bu gün çoxdan unudulan) bu sprey bizim məhəllənin heç öpüşməyən qızları arasında bir dönəm çox dəbdə idi.
Venesiyadakı ilk günlərimdə Rialto yaxınlarındakı gözəl cütlükdən başqa da öpüşən xeyli cütlük gördüm. Onları gördükcə, kinoteatrları mənə xatırladan başqa bir şeyi də xatırladım, öpüşənlərin arxasında, eynən filmlərdəki kimi, həmişə gözəl bir mənzərənin olması. Gözəl bir mənzərə görəndə bizi öpüşməyə çağıran şey nədir? Yəqin bu dünyanın və həyatın əslində nə qədər gözəl ola biləcəyinin bir anlıq fərqinə varmaqdı. Üstəlik turizm statistikaları və evlilik mütəxəssisləri ən bədbəxt cütlüklərin belə tətillərdə bir-birinə yaxınlaşdığını deyirlər. Amma hər gözəl mənzərə bizdə öpüşmək istəyi, ya da səadət hissi yaratmır. Bəzi mənzərələr bizdə qorxu, hətta metafizik əndişə, bəziləri rahatlıq və huzur, bəziləri də İstanbulun məndə yaratdığı kimi hüzn doğurur. Bəzi şəhərlərin işlənəsi, bəzilərinin əylənəsi, bəzilərinin dayanmadan qaçılası, bəzilərinin tətil ediləsi, bəzilərinin kədərlənəsi, bəzi şəhərlərin də ölünəsi bir yer olması kimi, Venesiya da qaçıb ora gələn turistlər üçün xoşbəxt olunası yerdir. Bu dünyada xoşbəxt ola biləcəyimizi Venesiya mənzərəsinin dərinliyini içimizdə hiss edəndə anlayırıq. Bəlkə də bu sevinc bizi öpüşməyə dəvət edir…
Min illik Venesiya-İstanbul əlaqələrindən danışaraq bəndənizə “xoş gəldin” mükafatı verən mədəni Veneto qubernatoru mərasimdən sonra, çox gözəl bir qadına sahib olmaqla qürurlanan bir kişi kimi, məni bir kənara çəkdi və otağından görünən mənzərəni göstərdi. Grand Canala baxan eyvana çıxdıq. Gözlərimin önündə şahanə bir mənzərə, yaşayan bir canaletto gördüm.
“Yəqin oradan mənzərə daha da gözəl görünür” dedi qubernator, gülümsəyərək yandakı palazzonun eyvanına işarə vuraraq.
O eyvan bu dünyada xoşbəxt olmağın mümkünlüyün hiss edib öpüşüləsi ən uyğun yer ola bilər.

Hüseyn Cavidin şagirdi, Heydər Əliyevin müəllimi - Məcid Rəşadətoğlu Kütlə həmişə kütdür Ölkəmiz “Avroviziya-2025”in finalına keçə bilmədi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://kulis.az
archiveBu xəbər 07 İyun 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see499

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see429

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see268

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see268

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see252

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see234

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see226

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see224

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see224

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see217

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see204

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see188

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see187

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see184

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see183

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see183

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see182

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see178

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri