“Ordumuzun gücü çatmır, diplomatik həll yolu tapmalıyıq” Zelenski

02.12.2024

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


“Ukrayna Silahlı Qüvvələri işğal olunmuş əraziləri azad etmək üçün kifayət qədər resursa malik deyil”.
Yeniavaz.com
xəbər verir ki, bunu “Kyodo News”a müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O, Rusiyanın Ukraynaya bir daha hücum edə bilməyəcəyinə dair zəmanət olarsa, münaqişənin diplomatik yolla həllinin mümkün olduğunu deyib.
“Bizim Krımı qaytarmağa gücümüz yoxdur. Ordumuzun indi gücü çatmır, bu doğrudur. Bəli, biz diplomatik həll yolu tapmalıyıq”, - Zelenski bildirib.
O, Şimali Koreyanın Rusiyaya minlərlə hərbi qulluqçu göndərməsindən də danışıb və bunun Şimali Koreyanın qonşu ölkələri üçün potensial problem yaratdığını qeyd edib. Zelenskinin sözlərinə görə, Ukraynaya qarşı mübarizədə Şimali Koreya hərbçiləri müasir hərbi texnologiyalarla, məsələn, pilotsuz təyyarələrə nəzarət etməklə tanış olmaqla məşğuldurlar.
“Əgər onlar bu təcrübəni Şimali Koreyaya qaytarsalar, bu, bütün Asiya regionuna böyük təsir göstərəcək”, - prezident deyib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью