“Ordumuzun gücü çatmır, diplomatik həll yolu tapmalıyıq” Zelenski
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
“Ukrayna Silahlı Qüvvələri işğal olunmuş əraziləri azad etmək üçün kifayət qədər resursa malik deyil”.
Yeniavaz.com xəbər verir ki, bunu “Kyodo News”a müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O, Rusiyanın Ukraynaya bir daha hücum edə bilməyəcəyinə dair zəmanət olarsa, münaqişənin diplomatik yolla həllinin mümkün olduğunu deyib.
“Bizim Krımı qaytarmağa gücümüz yoxdur. Ordumuzun indi gücü çatmır, bu doğrudur. Bəli, biz diplomatik həll yolu tapmalıyıq”, - Zelenski bildirib.
O, Şimali Koreyanın Rusiyaya minlərlə hərbi qulluqçu göndərməsindən də danışıb və bunun Şimali Koreyanın qonşu ölkələri üçün potensial problem yaratdığını qeyd edib. Zelenskinin sözlərinə görə, Ukraynaya qarşı mübarizədə Şimali Koreya hərbçiləri müasir hərbi texnologiyalarla, məsələn, pilotsuz təyyarələrə nəzarət etməklə tanış olmaqla məşğuldurlar.
“Əgər onlar bu təcrübəni Şimali Koreyaya qaytarsalar, bu, bütün Asiya regionuna böyük təsir göstərəcək”, - prezident deyib.
Bu mövzuda digər xəbərlər:Kiyevin Krımı geri almağa gücü çatmır Zelenski
10 Dekabr 2025 00:29
6 milyard dollarımız çatmır... Zelenski
05 Sentyabr 2025 18:04
Ordumuzun silahlarının 60 faizi... Zelenski
07 Sentyabr 2025 09:30
Torpaqlarımızı geri almağa gücümüz çatmır Zelenski
18 Dekabr 2024 14:43
Əraziləri geri almağa gücümüz çatmır Zelenski
02 Dekabr 2024 12:33
Baxış sayı:115
Bu xəbər 02 Dekabr 2024 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















