“Ordu”nun baş məşqçisi: “Bu oyun bizim üçün dərs olmalıdır” | Icma.az
Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır. “Bizim üçün çox çətin oyun alındı”.
Apasport.az xəbər verir ki, bunu “Ordu” basketbol klubunun baş məşqçisi Alberto Blanko deyib.
O bildirib ki, ilk iki periodda matç bərabərsəviyyəli keçib: “Fasilədə oyunçularıma səliqəli və diqqətli olmaları ilə bağlı müəyyən tapşırıqlar verdim.
Buna baxmayaraq, onlar daha çox şou göstərməyə meyilli idilər.
Yaxşı müdafiə olunub ağıllı hücum qura bilməsək, qələbə qazanmaq çətin olacaq.
Doğrudur, biz qalib gəlməyi bacardıq, amma bu çətin mübarizə nəticəsində reallaşdı. Qarşıda bizi fasilə gözləyir.
Bu oyun bizim üçün dərs olmalıdır”. Mütəxəssis komandasının bəzi nöqsanların üzərində işləməli olduğunu vurğulayıb: “Hər halda, biz B qrupun
Hədəf liderlikdirsə, qarşıdakı bütün oyunlarda qələbə qazanmalıyıq!
Tam oxu
Xəbəri oxu