“Ordu”nun baş məşqçisi: “Bu oyun bizim üçün dərs olmalıdır”
Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Bizim üçün çox çətin oyun alındı”.
Apasport.az xəbər verir ki, bunu “Ordu” basketbol klubunun baş məşqçisi Alberto Blanko deyib.
O bildirib ki, ilk iki periodda matç bərabərsəviyyəli keçib:
“Fasilədə oyunçularıma səliqəli və diqqətli olmaları ilə bağlı müəyyən tapşırıqlar verdim. Buna baxmayaraq, onlar daha çox şou göstərməyə meyilli idilər. Yaxşı müdafiə olunub ağıllı hücum qura bilməsək, qələbə qazanmaq çətin olacaq. Doğrudur, biz qalib gəlməyi bacardıq, amma bu çətin mübarizə nəticəsində reallaşdı. Qarşıda bizi fasilə gözləyir. Bu oyun bizim üçün dərs olmalıdır”.
Mütəxəssis komandasının bəzi nöqsanların üzərində işləməli olduğunu vurğulayıb:
“Hər halda, biz B qrupunda liderlik uğrunda mübarizə aparırıq. Hədəf liderlikdirsə, qarşıdakı bütün oyunlarda qələbə qazanmalıyıq! Yeri gəlmişkən, “Lənkəran” komandası haqda xoş fikirlər səsləndirə bilərəm. Onlar yaxşı mübarizə apardı”.
Qeyd edək ki, "Ordu" “Lənkəran”a 98:97 hesabı ilə qalib gəlib.
ABL: “Şəki” və “Ordu” növbəti matçlarını keçirəcəklər Tahir Baxşıyev: “Müdafiə üzərində işləyəcəyik” Rimas Kurtinaytis: “Bu cür oynamaq olmaz” ABL: “Sabah”dan inamlı qələbə ABL: "Sabah" növbəti matçına çıxacaq
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 08 Fevral 2025 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















