Orlando Blum özündən 21 yaş kiçik sevgilisi ilə Fotolar

29.07.2026

Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hollivud ulduzu Orlando Blum şəxsi həyatı ilə yenidən gündəmə gəlib.

Axşam.az xəbər verir ki, aktyor müğənni Keti Perri ilə ayrıldıqdan sonra isveçrəli model Luisa Laemmel ilə İtaliyada istirahət edərkən paparatsilərin obyektivinə tuş gəlib.

49 yaşlı Bloom və 28 yaşlı model çimərlikdə dənizin və günəşin dadını çıxararkən səmimi görüntülər nümayiş etdiriblər. Onların qucaqlaşdığı və birlikdə xoş vaxt keçirdiyi anlar diqqətdən qaçmayıb.

Orlando Blum və Luisa Laemmel arasında 21 yaş fərqi olması da xarici mətbuatda müzakirə mövzusu olub. İddialara görə, cütlük ilk dəfə bu ilin fevralında birlikdə görüntülənib və münasibətlərini ictimaiyyətdən uzaq saxlamağa çalışır.

Qeyd edək ki, Orlando Blum 9 illik münasibətdən sonra müğənni Keti Perri ilə yollarını ayırıb. Onların Deyzi Dov adlı bir qızı var. Aktyorun həmçinin keçmiş həyat yoldaşı Miranda Kerrdən Flynn adlı oğlu da var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью