Orlando Blum özündən 21 yaş kiçik sevgilisi ilə Fotolar
Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hollivud ulduzu Orlando Blum şəxsi həyatı ilə yenidən gündəmə gəlib.
Axşam.az xəbər verir ki, aktyor müğənni Keti Perri ilə ayrıldıqdan sonra isveçrəli model Luisa Laemmel ilə İtaliyada istirahət edərkən paparatsilərin obyektivinə tuş gəlib.
49 yaşlı Bloom və 28 yaşlı model çimərlikdə dənizin və günəşin dadını çıxararkən səmimi görüntülər nümayiş etdiriblər. Onların qucaqlaşdığı və birlikdə xoş vaxt keçirdiyi anlar diqqətdən qaçmayıb.
Orlando Blum və Luisa Laemmel arasında 21 yaş fərqi olması da xarici mətbuatda müzakirə mövzusu olub. İddialara görə, cütlük ilk dəfə bu ilin fevralında birlikdə görüntülənib və münasibətlərini ictimaiyyətdən uzaq saxlamağa çalışır.
Qeyd edək ki, Orlando Blum 9 illik münasibətdən sonra müğənni Keti Perri ilə yollarını ayırıb. Onların Deyzi Dov adlı bir qızı var. Aktyorun həmçinin keçmiş həyat yoldaşı Miranda Kerrdən Flynn adlı oğlu da var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 29 İyul 2026 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















