Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bəzi qidalar orqanizmdə xroniki iltihabın inkişafına səbəb olur.
Xroniki iltihab çox təhlükəli haldır ki, ürək-damar sistemi xəstəlikləri, şəkərli diabet, həzm sistemi xəstəlikləri, onkoloji xəstəliklərin riskini artırır.
Saglamolun.az oxucularına xroniki iltihaba səbəb olan qidaların siyahısı ilə tanış edir: 1.
Şəkər Şəkər qan və limfa damarlarının daxili divarlarında, ürəkdə, qaraciyərdə iltihab yaradır. 2. Kolbasa, sosis və s.
emal olunmuş ət Bu məhsullar bağırsaqda xroniki iltihabın inkişafına səbəb olur ki, nəticə bağırsaq xəsrçənginin inkişafı riski artır.
Bu məhsullar “potensial kanserogen” siyahısına daxildir. 3. Trans-yağlar Bu yağlar ən ucuz duru yağlardan (palma və s.) hazırlanır.
Trans-yağlar orqanizmdə xroniki iltihab yaradır və həmçinin “pis” xolesterinin səviyyəsini qaldırır, damar və ürəyi qoruyan “yaxşı” xolesterinin səviyyəsini isə əksinə aşağı salır.