Orta məktəblərdə dərslərin keyfiyyəti nə yerdədir? EKSPERT AÇIQLADI | Icma.az
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir. "Təbii ki, məktəbin borcu keyfiyyətli təhsil verməkdir.
Eyni zamanda cəmiyyət üçün sağlam vətəndaş yetişdirməkdir. Yəni təlim və tərbiyə məktəbin qarşısında duran iki vacib komponentdir.
Əgər məktəb keyfiyyətli təhsil verirsə əlavə valideyinin xərc cəkib övladını repetitor yanına qoymağa, müəllim yanına qoymağa ehtiyacı varmı?
Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert İlqar Orucov deyib.
Onun sözlərinə görə, burada fərqli yanaşmalar var: "Yəni sırf uşaqların dərsdən əlavə müəllim yanına hazırlığa getməsinin bir neçə məqamları var.
Birinci məqam ondan ibarətdir ki, xüsusi ilə repetitorluq fəaliyyəti daha çox yuxarı siniflərdə əvvəllər geniş yayılmışdır.
Amma biz baxırıq ki, hətta məktəbəqədər təhsil müəssisəsi olan uşaqları valideynlər müəllim yanına qoyurlar.
İbtidai sinifdə oxuyan uşaqları valideynlər müəllim yanına qoyurlar.
Tam oxu
Xəbəri oxu