Icma.az
close
up
RU
Orta məktəblərdə dərslərin keyfiyyəti nə yerdədir? EKSPERT AÇIQLADI

Orta məktəblərdə dərslərin keyfiyyəti nə yerdədir? EKSPERT AÇIQLADI

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Təbii ki, məktəbin borcu keyfiyyətli təhsil verməkdir. Eyni zamanda cəmiyyət üçün sağlam vətəndaş yetişdirməkdir. Yəni təlim və tərbiyə məktəbin qarşısında duran iki vacib komponentdir. Əgər məktəb keyfiyyətli təhsil verirsə əlavə valideyinin xərc cəkib övladını repetitor yanına qoymağa, müəllim yanına qoymağa ehtiyacı varmı? Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert İlqar Orucov deyib.

Onun sözlərinə görə, burada fərqli yanaşmalar var: "Yəni sırf uşaqların dərsdən əlavə müəllim yanına hazırlığa getməsinin bir neçə məqamları var. Birinci məqam ondan ibarətdir ki, xüsusi ilə repetitorluq fəaliyyəti daha çox yuxarı siniflərdə əvvəllər geniş yayılmışdır. Amma biz baxırıq ki, hətta məktəbəqədər təhsil müəssisəsi olan uşaqları valideynlər müəllim yanına qoyurlar. İbtidai sinifdə oxuyan uşaqları valideynlər müəllim yanına qoyurlar. Artıq repetitorluq təhsilin bütün yaş qrupunda olan uşaqları əhatə edir. Və haqlı sual yaranır. Məktəb keyfiyyətli təhsil verirsə buna nə ehtiyac var? Mən hesab eləmirəm ki, bizim məktəblərimiz keyfiyyətsiz təhsil verir deyə o fikirdən uzağam. Hesab edirəm ki, məktəbdə keyfiyyətli təhsilin yaxşılaşmasına yönəlmiş bir sıra addımlar atılıb. Elm və Təhsil Nazirliyi bununla bağlı məsələləri daim gündəmdə saxlayır və xüsusilə keyfiyyətli təhsili şərtləndirən həm də keyfiyyətli müəllim faktorudur. Ümumiyyətlə məktəblərdə həm də, müəllimlərin sertifikatsiyaya cəlb olunmasının əsasında, müəllimlərin bilik və bacarığlarının qiymətləndirilməsi, onun ölçülməsi durur ki, bu da ilk öncə ibtidai siniflərdə başlanıldı. Məlum oldu ki, bizim ibtidai siniflərdə xeyli işini bilməyən müəllimlər var və artıq onlar tədrisdən uzaqlaşdırıldı və yeni müəllimlərin işə qəbul imtahanları nəticəsinə uyğun müvafiq olaraq yeni müəllimlər təhsil prossesinə cəlb olundular. Bu əslində keyfiyyətli təhsilə təsir edən amillərdən biridir. Amma digər bir məsələ ondan ibarətdir ki, valideynlər fərqli səbəblərdən uşaqlarını hazırlığa qoyurlar. Bir çox hallarda bunun dəb formasını alması yaxşı bir əlamət deyil. Yəni sinifdə oxuyan hansısa uşağın valideyni öz övladını müəllim yanına qoyursa məndə qoymalıyam deyə bu yanaşmadan irəli gəlir. Hesab edirəm bu da yaxşı bir hal deyil. Amma mən valideynəm, imkanım var və mən öz övladıma əlavə biliklər qazandırmaq istəyirəm, əlavə dillər öyrənməsini istəyirəm və eyni zamanda daha dərinləşmiş biliklər qazanmasını istəyirəm və övladımı müəllim yanına qoyuramsa bu başa düşüləndir. Amma müəllim sinifdə dərs keçmirsə və valideynləri məcbur edirsə ki, öz uşaqlarını dərsdən sonra mənim yanıma hazırlığa gətirsin fikrimcə, bu müəllim əxlaqına yaraşmayan bir hərəkətdir. Müəllim sinifdə keyfiyyətli təhsili təşkil etməlidir.

Qeyd etdiyim kimi bu müəllimin vəzifə borcudur. Valideyn məsuliyyətindən irəli gələrək öz övladının təhsili ilə bağlı maraqlanır, onun dərslərinin hazırlanmasında övladına kömək edir. Lakin onu da qeyd etmək istəyirəm ki, bunu bütün valideynlər də bacarmır. Kifayət qədər görürük ki, repetitorluq geniş vüsət alıb və həm də bu məktəb nüfuzunu bir çox hallarda aşağı gətirib çıxarır. Hesab edirəm ki, burada artıq müəllim peşəkarlığı önəm daşıyır, müəllimin biliyi, savadı, bütünlükdə həmin proqram məzmunun şagirdlərə doğru və düzgün çatdırılmasını təmin etmək bu müəllimin vəzifəsidir. Əgər müəllim bunu etmirsə deməli artıq burada təbii ki, narahatedici məsələlər və düşündürücü məsələlər ortaya çıxır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:351
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Fevral 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri