Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tbilisi Dövlət Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbi apaşdırmasına görə, Gürcüstanda orta ömür uzunluğu Avropa İttifaqından 7 il azdır.
Avropada insanların orta hesabla 84 il yaşadığı İspaniya liderlik edir, onu İtaliya (83,7 il) və Malta (83,6 il) izləyir.Türkiyədə orta ömür 77,8 il, Azərbaycanda 74,5 il, Ermənistanda 75,8 ildir.
Rəsmi açıqlamaya görə, bu ilin əvvəlinə Azərbaycanda gözlənilən ömür uzunluğu 73.6 ildir.Ayrıca götürülsə, qadınların gözlənilən orta ömür uzunluğu 76 yaşa, kişilərdə isə 71 yaşa bərabərdir.
2022-ci ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda son bir il ərzində 76 min 878 nəfər vəfat edib.
Rəsmi məlumata görə, vəfat edənlərin 40 %-i 65 yaşından aşağı şəxslər, yəni pensiya yaşına çatmayan şəxslər olub.Pensiya yaşına çatmadan vəfat edən kişilərin sayı daha çox olub.
İl ərzində vəfat edən kişilərin 47 %-i və ya 21 min 339 nəfəri pensiya yaşına (65 yaş) çatmadan dünyalarını dəyişiblər.Beləliklə, rəsmi qurumlar bu gün ölkədə pensiya yaşının artırlmasını orta ömrün arması ilə əsaslandırırlar.
Amma statistika göstərir ki, 40 faiz insan pensiya yaşına catmadan ölür. O zaman bu əsaslandırma nə dərəcədə effektivdir?