Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi VİDEO

29.01.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Paytaxtın Nərimanov rayonu, Təbriz və Əhməd Rəcəbli küçələrinin kəsişməsində kobud qayda pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 29-da, saat 12:30 radələrində qeydə alınıb.

Videodan görünür ki, 99-RP-705 dövlət nömrə nişanlı “Mazda” markalı avtomobilin sürücüsü orta zolaqdan geriyə manevr etmək istəyib və bu zaman soldakı yük maşınına qəza şəraiti yaradıb. Eyni zamanda o, digər nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb.

Qeyd edək ki, bu cür təhlükəli vəziyyətlərin yaranmaması üçün sürücülər hərəkət istiqamətini öncədən müəyyənləşdirərək uyğun zolaqda yerləşməlidirlər. Geriyə manevr etməzdən əvvəl isə digər nəqliyyat vasitələrinə maneə və təhlükə yaratmamaq əsas şərtdir.

Nərmin

Oxunub 206

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью