Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi VİDEO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Paytaxtın Nərimanov rayonu, Təbriz və Əhməd Rəcəbli küçələrinin kəsişməsində kobud qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 29-da, saat 12:30 radələrində qeydə alınıb.
Videodan görünür ki, 99-RP-705 dövlət nömrə nişanlı “Mazda” markalı avtomobilin sürücüsü orta zolaqdan geriyə manevr etmək istəyib və bu zaman soldakı yük maşınına qəza şəraiti yaradıb. Eyni zamanda o, digər nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb.
Qeyd edək ki, bu cür təhlükəli vəziyyətlərin yaranmaması üçün sürücülər hərəkət istiqamətini öncədən müəyyənləşdirərək uyğun zolaqda yerləşməlidirlər. Geriyə manevr etməzdən əvvəl isə digər nəqliyyat vasitələrinə maneə və təhlükə yaratmamaq əsas şərtdir.
Nərmin
Oxunub 206
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 29 Yanvar 2026 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















