Ortaq dəyərlər, qarşılıqlı hörmət və strateji etimad | Icma.az
Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır. Prezident İlham Əliyevin “Kazinform” agentliyinə müsahibəsi Azərbaycan–Qazaxıstan
Müsahibədə dövlət başçısının vurğuladığı fikirlər iki ölkə arasındakı əlaqələrin yalnız regional deyil, həm də qlobal miqyasda strateji əmək
Prezident İlham Əliyev qeyd etdiyi kimi, bu gün iki ölkə arasında siyasi əlaqələr yüksək dərəcədə möhkəmlik və etimadla xarakterizə olunur.
Ötən onilliklərdə qurulan bu münasibətlər sadəcə diplomatik əlaqə deyil, strateji müttəfiqlik və dərin inteqrasiya modeli kimi dəyərləndirilə bilər.
Dövlət başçıları səviyyəsində aparılan intensiv dialoq həm ikitərəfli səfərlər, həm də mütəmadi görüşlər sayəsində əlaqələr sistemli və davamlı şəkildə möhkəmlənir.Prezident İlham Əliyev bu çərçivədə Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə Qazaxıstanın əldə etdiyi nailiyyətləri xüsusi vurğulayaraq, qardaş ölkənin inkişafının regionda sabitlik və tərəqqi üçün mühüm amil olduğunu bildirib.
Təkcə son üç ildə Azərbaycanın dövlət başçısının Qazaxıstana yeddi səfəri, Tokayevin isə Azərbaycana altı səfəri bu əlaqələrin intensivliyini və strateji əhəmiyyətini aydın göstərir.Dövlətimizin başçısı İlham Əliyevin müsahibəsində vurğulanan mühüm məqam Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin 20 illiyinin qeyd edilməsidir.
Bu sənəd iki ölkə arasında çoxşaxəli əməkdaşlığın hüquqi bünövrəsini formalaşdırmış və ötən illər ərzində 170-ə yaxın sənədin imzalanmasına yol açmışdır.
Bu müqavilə əsasında siyasi, iqtisadi, investisiya, mədəni və humanitar sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri qurulub.
Tam oxu
Xəbəri oxu