Icma.az
close
up
RU
Ortaq dəyərlər, qarşılıqlı hörmət və strateji etimad

Ortaq dəyərlər, qarşılıqlı hörmət və strateji etimad

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyevin “Kazinform” agentliyinə müsahibəsi Azərbaycan–Qazaxıstan münasibətlərinin bugünkü vəziyyətini və gələcək inkişaf perspektivlərini əhatə edən mühüm siyasi sənəd kimi qiymətləndirilə bilər. Müsahibədə dövlət başçısının vurğuladığı fikirlər iki ölkə arasındakı əlaqələrin yalnız regional deyil, həm də qlobal miqyasda strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini bir daha nümayiş etdirdi.
Azərbaycan və Qazaxıstan arasında münasibətlər çoxəsrlik qardaşlıq, ortaq türk kimliyi, oxşar mədəni dəyərlər və qarşılıqlı etimad əsasında formalaşıb. Prezident İlham Əliyev qeyd etdiyi kimi, bu gün iki ölkə arasında siyasi əlaqələr yüksək dərəcədə möhkəmlik və etimadla xarakterizə olunur. Ötən onilliklərdə qurulan bu münasibətlər sadəcə diplomatik əlaqə deyil, strateji müttəfiqlik və dərin inteqrasiya modeli kimi dəyərləndirilə bilər. Dövlət başçıları səviyyəsində aparılan intensiv dialoq həm ikitərəfli səfərlər, həm də mütəmadi görüşlər sayəsində əlaqələr sistemli və davamlı şəkildə möhkəmlənir.
Prezident İlham Əliyev bu çərçivədə Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə Qazaxıstanın əldə etdiyi nailiyyətləri xüsusi vurğulayaraq, qardaş ölkənin inkişafının regionda sabitlik və tərəqqi üçün mühüm amil olduğunu bildirib. Təkcə son üç ildə Azərbaycanın dövlət başçısının Qazaxıstana yeddi səfəri, Tokayevin isə Azərbaycana altı səfəri bu əlaqələrin intensivliyini və strateji əhəmiyyətini aydın göstərir.
Dövlətimizin başçısı İlham Əliyevin müsahibəsində vurğulanan mühüm məqam Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin 20 illiyinin qeyd edilməsidir. Bu sənəd iki ölkə arasında çoxşaxəli əməkdaşlığın hüquqi bünövrəsini formalaşdırmış və ötən illər ərzində 170-ə yaxın sənədin imzalanmasına yol açmışdır. Bu müqavilə əsasında siyasi, iqtisadi, investisiya, mədəni və humanitar sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri qurulub. Məhz bu hüquqi baza iki dövlətin müstəqil və suveren qərarlarını qarşılıqlı şəkildə əlaqələndirərək, Qazaxıstan–Azərbaycan münasibətlərini regionda sabitliyin mühüm dayağına çevirib.
Prezident İlham Əliyev müsahibəsində Ali Dövlətlərarası Şuranın yaradılmasını iki ölkə münasibətlərində yeni keyfiyyət mərhələsi kimi qiymətləndirib. Onun sözlərinə görə, bu ali mexanizm qarşılıqlı faydalı əməkdaşlığın sistemləşdirilməsinə, gündəlikdəki aktual məsələlərin birgə müzakirəsinə və gələcək istiqamətlərin müəyyənləşdirilməsinə xidmət edir.
Astanada keçiriləcək ikinci iclasın diqqət mərkəzində Azərbaycan–Qazaxıstan münasibətlərinin yeni səviyyəyə qaldırılması olacaq ki, bu da iki qardaş dövlətin regional siyasətdə vahid mövqedən çıxış etdiyini göstərir.
Müsahibənin iqtisadi hissəsi göstərir ki, Azərbaycan–Qazaxıstan münasibətləri təkcə siyasi səviyyədə deyil, iqtisadi-ticarət müstəvisində də dinamik inkişaf mərhələsindədir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 470 milyon dollar təşkil etmişdisə, 2025-ci ilin ilk səkkiz ayında bu göstərici 547 milyon dollara 5çataraq üç dəfə artıb. Bu, Orta Dəhlizin səmərəli istifadəsi və nəqliyyat-logistika infrastrukturunun modernləşdirilməsi sayəsində mümkün olub.
Hazırda Azərbaycanda Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturunun fəaliyyət göstərməsi iki ölkə arasında iqtisadi etimadın yüksək səviyyəsini sübut edir. Qarşılıqlı sərmayələrin həcmi də bu etimadı təsdiqləyir: Azərbaycanın Qazaxıstana investisiyası 225 milyon dollar, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollardır.
Azərbaycan və Qazaxıstanın Orta Dəhliz üzrə birgə fəaliyyəti regional iqtisadi inteqrasiyanın əsas dayaqlarından biridir. 2022-ci ildə Aktauda imzalanan “2022–2027-ci illər üçün Yol Xəritəsi” nəqliyyat-logistika infrastrukturunun sinxron inkişafını, vahid tarif siyasətinin formalaşdırılmasını və yük axınının artırılmasını nəzərdə tutur.
2024-cü ildə iki ölkə arasında tranzit daşımaları 20 faiz artaraq 3,5 milyon tondan çox olub. Bu göstərici Orta Dəhlizin Avropa–Asiya əlaqəsində strateji rolunun getdikcə artdığını nümayiş etdirir. Bundan başqa, Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilməsi barədə 2025-ci ilin martında imzalanmış müqavilə rəqəmsal inteqrasiyanı gücləndirəcək və regionun texnoloji təhlükəsizliyinə mühüm töhfə verəcək.
SOCAR və “KazMunayQaz” arasında imzalanmış Aktau–Ceyhan marşrutu üzrə illik 1,5 milyon ton neft tranziti haqqında saziş, habelə tariflərin azaldılması barədə razılaşma enerji əməkdaşlığının yeni mərhələsini açır. Eyni zamanda, yaşıl enerji sahəsində üçtərəfli – Azərbaycan, Qazaxıstan və Özbəkistan əməkdaşlığı davamlı inkişaf və bərpaolunan enerji mənbələrinin təşviqi baxımından strateji əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Azərbaycan–Qazaxıstan münasibətlərinin dərinləşməsində rolunu xüsusi qeyd edib. Naxçıvanda yaradılan TDT bu gün türk dövlətlərinin siyasi, iqtisadi və mədəni həmrəyliyinin aparıcı platformasına çevrilib. Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü, ardınca Qəbələdə baş tutmuş 12-ci Zirvə toplantısı türk dünyasının birliyini gücləndirən mühüm hadisələrdir.
Mədəni və humanitar sahələrdə də əməkdaşlıq dinamikdir: 2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi xalqların mədəni inteqrasiyasına xidmət edir. Kemel Tokayevin əsərlərinin Azərbaycan dilinə tərcüməsi və Bakıda onun 100 illik yubileyinə həsr olunmuş konfrans bu mədəni körpülərin bariz nümunəsidir.
Prezident İlham Əliyev Xəzər dənizində ekoloji vəziyyətin pisləşməsindən narahatlığını bildirərək, dayazlaşma və ekoloji tarazlığın pozulması məsələsinin regional təhlükəsizlik üçün real risklər yaratdığını vurğulayıb. Dövlət başçısının fikrincə, bu problem yalnız iqlim dəyişikliyi ilə deyil, eyni zamanda koordinasiyanın yetərsizliyi ilə bağlıdır. Bu baxımdan, Xəzəryanı ölkələrin elmi-informasiya mübadiləsini gücləndirməsi və birgə fəaliyyət mexanizmləri yaratması vacibdir. İlham Əliyevin çağırışı Xəzəri ortaq məsuliyyət və birgə fəaliyyət məkanı kimi təqdim edir.
Sözügedən müsahibə bir daha göstərdi ki, Azərbaycan və Qazaxıstan qardaşlığı siyasi diplomatiyanın fövqündə tarixi, mədəni və strateji birliyin ifadəsidir. Bu birlik türk dünyasının gələcəyinə, regional sabitliyə və qlobal əməkdaşlığa istiqamətlənmiş ortaq iradənin parlaq təcəssümüdür.
Məşhur Məmmədov
Milli Məclisin deputatı

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://adalet.az
archiveBu xəbər 21 Oktyabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri