Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Oruc zamanı bədənin uzun müddət ac və susuz qalması enerji səviyyəsinin azalmasına səbəb ola bilər.
KONKRET.az E-saglam.az-a istinadən bu halları təqdim edir: Lakin düzgün qidalanma və həyat tərzi vərdişləri ilə bu halın qarşısını almaq mümkündür.
Zülalla zəngin qidalar istehlak edinYumurta, qatıq və pendir kimi proteinlə zəngin qidalar əzələ itkisinin qarşısını alır və enerji səviyyəsini qoruyur.
Sağlam yağları rasiona daxil edinAvokado, qoz, badam və digər sağlam yağlar uzunmüddətli enerji mənbəyidir və bədəni gücləndirir.
Kifayət qədər su içinİmsakda bol su içmək gün ərzində susuz qalmanın qarşısını alır.
Oruc açdıqdan sonra isə ən azı 8-10 stəkan su içmək tövsiyə edilir.
Qidaları yavaş-yavaş yeyinİftarda birdən çox yemək əvəzinə, qidaları tədricən və yaxşı çeynəyərək yemək həzmi asanlaşdırır və enerji səviyyəsini tarazlaşdırır.