Orxan Əliyev Turan Tovuza qoşuldu

08.01.2025

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Kəpəz"in hücumçusu Orxan Əliyev komandanı tərk edib.

Fanat.Az xəbər verir ki, Əliyev dünən səhər saatlarında Türkiyəyə - Antalya bölgəsində təlim-məşq toplanışı keçən "Turan Tovuz"un düşərgəsinə yollanıb.

Tovuz təmsilçisi sözügedən forvardın transferi üçün Gəncə klubuna müəyyən təzminat ödəyib. 

Məlumatı dəqiqləşdirmək üçün "Turan Tovuz"un idman direktoru Səməd Nəsibovla əlaqə saxladıq: "Bəli, Orxan hazırda komandanın düşərgəsindədir. Onun heyətə qatıldığı bu gün ictimaiyyətə açıqlanacaq".

Qeyd edək ki, Orxan cari mövsüm "Kəpəz"in forması ilə Misli Premyer Liqasında 15 matça çıxaraq 4 qol vurub. O, Azərbaycan Kubokunda da 1 oyun keçirib.

Nihat

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью