Orxan Əliyev Turan Tovuza qoşuldu
Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Kəpəz"in hücumçusu Orxan Əliyev komandanı tərk edib.
Fanat.Az xəbər verir ki, Əliyev dünən səhər saatlarında Türkiyəyə - Antalya bölgəsində təlim-məşq toplanışı keçən "Turan Tovuz"un düşərgəsinə yollanıb.
Tovuz təmsilçisi sözügedən forvardın transferi üçün Gəncə klubuna müəyyən təzminat ödəyib.
Məlumatı dəqiqləşdirmək üçün "Turan Tovuz"un idman direktoru Səməd Nəsibovla əlaqə saxladıq: "Bəli, Orxan hazırda komandanın düşərgəsindədir. Onun heyətə qatıldığı bu gün ictimaiyyətə açıqlanacaq".
Qeyd edək ki, Orxan cari mövsüm "Kəpəz"in forması ilə Misli Premyer Liqasında 15 matça çıxaraq 4 qol vurub. O, Azərbaycan Kubokunda da 1 oyun keçirib.
Nihat

Orxan Kəpəzi Turan Tovuza dəyişib İdman və Biz
08 Yanvar 2025 19:08
ArazNaxçıvan Turan Tovuza qarşı
29 Noyabr 2024 16:04
Turan Tovuza xəbərdarlıq edildi
03 Dekabr 2024 15:44
Orxan Əliyev Quqlemona çatdı
16 Dekabr 2024 09:51
ArazNaxçıvan Turan Tovuza qarşı Yenilənir
29 Noyabr 2024 07:02

