Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Keçmiş nazir populist fikirlərlə xalqını aldatmağa cəhd edir Ermənistanın keçmiş (1998-2008) xarici işlər naziri, Qarabağ klanının “görkəmli nümayəndəsi” Vardan Oskanyan öz ampluasındadır.
Nikol Paşinyan iqtidarının hər bir addımını tənqid etməyi sanki qarşısına əsas məqsəd qoymuş Oskanyan indi də “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” marşrutu – TRIPP layihəsini tənqid edib.
Keçmiş nazir iddia edib ki, TRIPP-in əsas məqsədi Ermənistanın inkişafı deyil, Azərbaycanın Naxçıvanla bağlantısının təmin edilməsidir.
Onun fikrincə, layihə “dəhliz məntiqi” üzərində qurulub və bu, Ermənistanın maraqlarına uyğun deyil.
O, layihənin idarəçiliyinin 49 il müddətinə üçüncü tərəfə verilməsini Ermənistanın suveren hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirib və bunu qəbuledilməz sayıb.
Oskanyan açıq şəkildə bildirib ki, Ermənistanın layihədə yalnız 26 faiz payla kifayətlənməsi danışıqlarda zəif mövqe nümayişidir.
Onun fikrincə, İrəvan ən azı 50%+1 pay tələb edə bilərdi və etməli idi.